İçi doldurulmuş ördək resepti

İçi doldurulmuş ördək resepti
Yeməklər
10.09.2017 23
Tərkibi:

1 ördək 

kartof

portağal

mixək



:

1/2 ördəyin döş əti

1 baş soğan

350 q xırda şampinyon 

1 st. qarabaşaq yarması, yaxud qaragöz lobya 

4 albuxarı

1 ovuc fıstıq 

alma 

rozmarin budağı 

1 diş sarımsaq 

1 ç.q. təzə zəncəfil 



Hazırlanması:

İç: Ördəyin döş ətini və soğanı ayrılıqda xırda doğrayın. Kiçik
şampinyonlardan istifadə edin, təmizləyin, amma doğramayın. Qarabaşaq
yarmasını suda bişirin. Qarabaşaq yarması yerinə qaragöz lobya götürə
bilərsiniz. O zaman lobyanı 8-10 saat isladın, sonra yumşalınca bişirin.
Albuxarıları yuyun, almaları xırda doğrayın. Sarımsağı 4 yerə bölün,
zəncəfili xırda doğrayın. 

İç üçün olan ərzağı qarışdırıb təmizlənmiş ördəyin içinə doldurun, tikin. 



Əvvəlcə 200, sonra isə 170 dərəcə qızdırılmış sobada 2 saat bişirin. 



Sobaya qoyandan bir saat sonra çıxarıb ördəyin kənarlarına yuyulub
doğranmış kartof, saat yarım sonra isə - alma, soğan, sarımsaq, portağal
dilimləri və mixək düzün. 



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!