Fisincan plov resepti

Fisincan plov resepti
Yeməklər
10.09.2017 40
Tərkibi:

Qoyun və mal əti – 500 gr.

Baş soğan – 250 gr.

Qoz – 500 gr

Su – 2,5-3 stəkan

Limon turşusu – 1-1,5 ç.q.

Duz, istiot



Hazırlanması:

Ətdə qiymə hazırlanır, sonra qiymədən balaca (qoz boyda) küftəciklər
yumrulanır və yağla tavada qızardılır. Bişmiş küftəciklıri qazana qoyub,
üstünə ərinmiş yağ tökün və kənara qoyun.



Qozu xırdalayın. Fincanda limon turşusu, 1 ç.q. duzun üstünə qaynar su töküb, əridin.



Çuqun tavanı odun üstünə qoyub hazırlanmış məhlulu ora tökün. Qaynayan
kimi qozu üstünə töküb qarışdırın. Məhlul qoza hopandan sonra əgər
gördünüz ki qozlu kütlə susuz qurudur, onda yenə məhlul düzəldin, amma
limon turşusu və duz az olmalıdır. 



Bir az dadın, əgər turşluğu azdırsa, onda limon turşusu əlavə edin. Əsl
çuqun tavada qoz kütləsinin rəngi tündləşməlidir. Amma indi əsl çuqun
tavasını tapmaq çox çətindir. Onun üçün mən kiçicik bir improvizasiyaya
əl atıram. Qoz kütləsinin içinə mən ətçələn maşınının torunu atıram.
Daimə qarışdıraraq torun ətrafında kütlə tündləşir. Kütlənin rəngi çox
tünd olmamalıdır, təhminən 5-7 dəq. saxlamaq lazımdır.



Küftəciklərlə qazanı odun üstünə qoyub yaği tam əridin. Toru kütlədən
çıxarıb küftəciklərin üstünə tökün. Astaca qarışdırın. Əgər gördünüz ki
fisincan qurudur, biraz su ya da ki bulyon əlavə edin. Lazəmsa yağ da
əlavə edin. Balaca odda 1 saatadək bişirin. Fisincanı plovla təqdim
edirlər. Hazır olmuş fisincanın rəngi tünd bənövşəyi olmalıdır.
Fisincanı toyuq ətindən də hazırlayırlar.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!