Qabaqla zapekanka resepti - FOTO RESEPT

Qabaqla zapekanka resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 2
Tərkibi: 

500 qr
farş (çəkilmiş ət)

50 qr düyü

300 qr göbələk

1-2 ədəd qabaq

1-2 ədəd soğan

pomidor

göyərti

tomat 


 

Hazırlanması:

Düyünü bir az bişirib çəkilmiş ətə qatırıq, duzunu istiotunu vurub yaxşı qarışdırırıq.

Göbələyi xırda xırda, soğanı isə yarım halqa şəklində doğrayıb qızrdırıq. 

Qabaqları uzununa nazık dilimlərlə kəsirik.

Keks qəlibini yağlayırıq, qabaqları duzlayıb
istiotlayıb formaya kənarları sallanacaq şəkildə düzürük. Qabaqların
üzərindən ətin yarısını, sonra göbələyi, daha sonra isə qalan əti
düzürük. Ətin üzərindən nazık doğranmış pomidorları düzürük və duz
istiot vururuq. Sonra mayonez çəkib göyərtini doğrayıb səpirik.
Qabaqların sallanan uclarını üstə qatlayırıq və mayonez çəkirik. Və
sobada hazır olana qədər bişiririk. Hazır olandan sonra üzərini zövqə
uyğun bəzəyirik.




 

 

 

 


Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!