Ev sayağı dönər resepti - FOTO RESEPT

Ev sayağı dönər resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 69
Hazırlanma vaxtı:  25 dəqiqə

Tərkibi:


1 ədəd  ciabatta çörəyi 

100 qr mal əti (kəsmə)

1 ədəd bolqar bibəri

1 ədəd qırmızı soğan

3 x/q yaşıl zeytun

3 x/q zeytun yağı

1 diş sarımsaq

1 ədəd çili bibəri

1 ç/q üzüm sirkəsi

biraz rukkola (indau) əvəzində digər göyərtidə istifadə edilə bilər

1 dəstə cəfəri

zövqə görə duz

istiot



Hazırlanması:

1. İnqredientlər hazırlanır.

2. Zeytunlardan salsa sousu hazırlanır. Bunun üçün çili bibəri doğranır.

3. Zeytun, cəfəri və sarımsaq xırda doğranır.

4. Hamısı birlikdə xırda-xırda doğranır.

5. Boşqaba qoyulur və üzərinə zeytun yağı, sirkə, duz və istiot əlavə edilir.

6. Sonra yaxşı qarışdırılır.

7. Şirin bibər yağlanır, mal əti duzlanır, soğan isə xalqavari doğranır.

8. Bibər qrildə qızardılır, sonra folqaya bükülərək 15 dəqiqə bişirilir. Mal əti və soğan iki tərəfli qrildə qızardılır.

9. Bişmiş bibər qabıqdan təmizlənib uzun zolaqlarla doğranır.

10. Mal əti doğranır.

11. Soğan, doğranmış bibər, ət, və zeytundan hazırlanmış salsa sousu boşqaba əlavə edilir və yaxşı qarışdırılır.

12. Ciabata çörəyi uzunlamasına doğranır. Zövqə görə pendirdə doğrayıb əlavə etmək olar.

13. Ciabatanın içi sousla yağlanır.

14. Üzərinə mal əti, bibər və soğan əlavə edilir.

15. Doğranmış pendir əlavə edilir.

16. Rukkola və ya digər göyərtilər əlavə edilir.

17. Ev sayağı dönər hazırdır! 




 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!