Çığırtma plov resepti - FOTO RESEPT

Çığırtma plov resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 94
Hazırlanma vaxtı: 
2 saat

Tərkibi:


4 stəkan düyü

8 ədəd yumurta

1 ədəd toyuq

5 ədəd soğan

kərə yağı

sarıkök

duz



Hazırlanması:

1. Plov bişirmək üçün düyü təmizlənir, 2-3 saat islağa qoyulur. Böyük qazanda su qaynadılır və duz vurulur.

2.Su
qaynadıqda düyü suya əlavə olunur. Düyü 5 dəqiqə qaynadıqdan sonra
süzgəcdən süzülür. Üzərinə soyuq su gəzdirilir. Düyünun üzərinə
əridilmiş kərə yağı gəzdirilir.

3.
Başqa qazan götürülür dibinə luxa və ya qazmaq üçün hazırlanmış xəmir
düzülür, üzərinə düyü tökülüb əridilimiş sarıkök və ya zəfaran vurulur.

4.
Plovu dəmə qoyduqda mütləq qazanın altında dəmir tava və ya dəmir
altlığ olmalıdır. Dəmə qoyduqda qazanın qapağına dəsmal və ya qapaq üçün
papaq qoyulur, qazanın ağzı bərk bağlanılır. Plov aşağı istilikdə 1
saat dəmə qoyulur.

5. Çığırtma hazırlamaq üçün toyuq tikələrə bölünür və yuyulur, bişənə kimi qaynadılır.

6. Soğan qabığından təmizlənir, yarımhalqa formasında doğranılır.

7. Soğan kərə yağında biraz qızardılır üzərinə bişmiş toyuq tökülür və duz vurulur.

8. Yumurta sındırılır, duz vurulur, yaxşı qarışdırılır və toyuğun üzərinə əlavə edilir.

9. Yumurta bişdikdə yemək qazdan götürülür.

10. Plov süfrəyə verildikdə üstünə çığırtma qoyulur.





 

 

 

 

 

 

  Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!