Qarın qutabı resepti - FOTO RESEPT

Qarın qutabı resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 226
Hazırlanma vaxtı: 
1 saat

Tərkibi:

Xəmir üçün: 


800 qr un

1 ç/q duz

su



İçlik üçün:

1 kq qarın (mal və ya qoyun)

300 qr quyruq

3 ədəd soğan

duz

istiot

nar və ya zirinc



Hazırlanması:

İçliyi hazırlamaq üçün, qarın, quyruq və soğan ət maşınından çəkilir; duz, istiot vurulub yaxşıca qarışdırılır.
 

Xəmiri hazırlamaq üçüq un, duz və ilıq suyu bir qaba tökərək yumşaq xəmir yoğurulur.
 

Qutabın sayına uyğun olaraq, xəmirdən kündələr hazıranır
 

Kündələrin
hər biri oxlov ilə dairəvi şəkildə açılır. Açılan xəmirin yarı
hissəsinə qarından (yəni hazırlanmış qiymədən) qoyulur və aypara
şəklində qatlanılır.
 

Qiyməni xəmirin arasına qoyarkən zövqə görə nar dənələrindən və ya zirincdən də əlavə etmək olar.
 

Qutab, hər iki tərəfi qızarana kimi, tavada bişirilir.
 





 

 

 

 

 

 


Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!