Cız-bız resepti - FOTO RESEPT

Cız-bız resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 82
Hazırlanma vaxtı: 
1 saat

Tərkibi:


300 qr qoyun qaraciyər

300 qr qoyun ağciyər

200 qr qoyun quyruğu

2 ədəd qoyun ürəyi

4 ədəd qoyun böyrəyi

3 ədəd soğan

6-7 ədəd kartof

kərə yağı

duz



Hazırlanması:


1. Qaraciyər, ağciyər, ürəklər, böyrəklər, quyruq kub şəklində doğranılır.

2. Doğranılmış hissələr yaxşı yuyulur, üzərinə su tökülüb 20 dəqiqə qaynadılır və kəfi yığılır.

3. Kartof təmizlənir, yuyulur və kub şəklində doğranılıb yağda qızardılır.

4. Kartof qızarana yaxın qoyun hissələrinin suyu süzülür və kartofa əlavə olunur.

5. Qoyunun hissələri əlavə olunduqda soğan da kub şəklində doğranılıb əlavə olunur.

6. Soğan qızardıqda yemək qazdan götürülür.




 

 

 

 

  Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!