Tərəvəzli döymə toyuq əti resepti

Tərəvəzli döymə toyuq əti resepti
Yeməklər
10.09.2017 18
Tərkibi:

400-500 qram  toyuq filesi

1 ədəd soğan

1-2 ədəd bolqar bibəri

1-2 ədəd pomidor

200 qram pendir

mayonez

duz, istiot

kərə və yaxud bitki yağı



Hazırlanması:

Toyuğun
döş ətini yuyub, qurulayın. Sonra 3 hissəyə bölüb, bir az döyəcləyin.
Döyəclənmiş toyuq ətlərin üzərinə duz və istiot səpin. Soğanı və bolqar
bibərini təmizləyib, nazik halqavari şəklində doğrayın.

Yağlanmış
xüsusi forma qabına toyuq ətlərini qoyub, üstündən bir neçə doğranılmış
soğanları qoyun. Soğanın üstündən isə halqa şəklində doğranılmış
pomidorları qoyub, üzərindən doğranılmış bolqar bibərini yerləşdirin.
Duz və istiot səpməyi unutmayın. Sonra üstündən mayonez çəkib,
sürtkəcdən keçirilmiş pendir səpin.

180 dərəcə qızdırılmış sobada 20 dəqiqə ərzində bişirin.

 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!