Noxudlu-buğdalı şorba resepti

Noxudlu-buğdalı şorba resepti
Yeməklər
10.09.2017 15
Tərkibi:

1 stəkan aşurəlik buğda

1 stəkan noxud

1 yemək qaşığı

duru yağ

1 yemək qaşığı

Kərə yağı

1 ədəd pomidor

1 ədəd yaşıl bibər

1 ədəd soğan

1 çay qaşığı duz

1 yəmək qaşığı

tomat

1 çay qaşığı qırmızı pul bibər qara bibər, quru reyhan

yetərincə ət suyu və ya su



Hazırlanması:

Buğda və noxudu bir gecə öncədən isladın. Yeməyi hazırlamağa başlamadan öncə buğda və noxudu bişirib süzün.

Soğan, pomidor və bibəri doğrayın. Sonra soğanı kərə yağı və duru yağla
birlikdə 1-2 dəqiqə qarışdıraraq qovurun. Bunun üzərinə doğradığınız
bibəri əlavə edin və bir az daha qovurun.

Daha sonra tomat əlavə edin və 1-2 dəqiqə qarışdıraraq qovurmağa davam
edin. Əvvəlcədən doğranan pomidoru yeməyə qatın və qarışdıraraq qovurun.
Buğda və noxudu yeməyə əla-və edib və səbzələri yaxşıca qarışdırın.

Baharatlar: duz, qara bibər, qır-mızı pul bibər, quru reyhanı şorbaya
qatın. Ən son, ət suyu əlavəsiylə buğda və noxudlar yumşalıncaya qədər
bişirin.

Artıq çox ləzzətli şorbanız servisə hazırdır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!