Kartoflu zrazı resepti - FOTO RESEPT

Kartoflu zrazı resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 9
Hazırlanma vaxtı: 
1 saat 15 dəqiqə

Tərkibi:


500 qr qiymə (mal və ya mal+donuz), 

5-7 ədəd kartof

1 ədəd baş soğan

3 diş sarımsaq

1 ədəd yumurta

200-300 qr un

duz

istiot

qızartmaq üçün yağ

suxarı



Hazırlanması:

Zrazı
- Şərqi Avropa ölkələrinin, əsasən Polşa, Litva, Latviya, Urkayna və
Belarusiyanın məşur yeməyidir. Ənənəvi olaraq zrazı müxtəlif içliklərlə
doldurulan ətdən hazırlanır. İlk baxışdan kotletə bənzəyir, lakin ətin
içində göbələk və ya yumurta ola bilər. Bu resept isə kartofdan
hazırlanan zrazı barəsindədir.

 

Püre
hazırlanır: kartof qaynadılandan sonra suyu süzülür, püre olana qədər
əzilir, yumurta, duz və istiot əlavə edilib qarışdırılır. Tədricən un
əlavə edilir, kartofdan hazırlanan xəmir çoxda ələ yapışmamalıdır. Hazır
olandan sonra bir qıraqda soyudulur.
 

Xırda doğranmış soğan və sarımsaq bitki yağında qızardılır.
 

Qiymə əlavə edilir, duz və istiot vurulub hazır olana qədər qızardılır.
 

Azacıq
ələ yağ və ya su vurulub kotletlər formalaşdırılır. Kartof xəmirini
yastı şəkildə əldə yayıb, ortasına ət qiyməsi əlavə edib hər tərəfi
bağlanılır.
 

Kotlet hər tərəfli suxarıya batırılır.
 

Orta odda hər tərəfli qızardılır.
 

Vəssalam! Kartoflu zrazılar hazırdılar. Süfrəyə müxtəlif souslarla verilə bilər. 




 

 

 

 

 

 

 

 Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!