Əcəbsandal resepti - FOTO RESEPT

Əcəbsandal resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 63
Hazırlanma vaxtı: 
25 dəqiqə

Tərkibi:


1 kq badımcan

1 kq kartof

800 qr qırmızı bolqar bibəri

400 qr pomidor

200 qr soğan

200 qr bitki yağı

50 qr tomat pastası

20 qr sarımsaq

20 qr acı bibər 

20 qr cəfəri

15 qr keşniş

10 qr şüyüd

50 qr duz



Hazırlanması:

Baş soğan kubiklər formasında doğranılır.
 

Bir qədər iri kubiklər formasında badımcan doğranılır.
 

Bolqar bibəri təmizlənir və həmçinin doğranılır.
 

Kartof təmizlənir, kubiklər şəklində doğranılıb hazır olana qədər qaynadılır.
 

Pomidor və qöyərtilər xırda doğranılır.
 

Soğan bitki yağında qızardılır və ona doğranmış acı bibər əlavə olunur.
 

Tomat pastası və pomidorlar əlavə edilir.
 

Bolqar bibəri bitki yağında qızardılır.
 

Qızardılandan sonra süzgəcə yığılır.
 

Badımcanlar hazır olana qədər bitki yağında qızardılır.
 

Badımcana qızardılmış soğan və pomidorlar əlavə edilir.
 

Kartof və göyərti əlavə edilib qarışdırılır.
 

Duzlanır.
 

Hamısı bir yerdə 5 dəqiqə isidilib boşqablara əlavə edilir.
 

Yemək hazırdır! 




 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!