Qızardılmış xanı balığı filesi resepti - FOTO RESEPT

Qızardılmış xanı balığı filesi resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 15
Hazırlanma vaxtı: 
30 dəqiqə

Tərkibi:


5 ədəd xanı balığı filesi

duz

günəbaxan yağ

əzilmiş qara istiot

limon



Ədviyyatlar:

cirə 

keşniş toxumu 

razyana



Hazırlanması:

Xanı
balığı filesi buzdan əridilir, yuyulur və qurudulur. Sonra filenin hər
biri duzla, istiotla sürtülür və limon şirəsi ilə səpələnir. Hazırlanmış
file hissələrini boşqaba yığıb, üzərinə limon dilimləri düzülərək 1
saat saxlanılır.
 

Balıq
özünü tutana qədər, eyni miqdarda cirə, keşniş toxumu və razyana
götürülərək qəhvəüyüdən maşından keçirdilir. Alınan ədviyyatlar qarışığı
ilə balıq hissələri hər tərəfli sürtülür. Sonra isə filelər hər tərəfli
una batırılır.
 

Qızılı rəng alana qədər, günəbaxan yağda qızardılır.
 

Filenin
belə original dadına siz çox təəcüblənəcəksiniz, hamısının səbəbkarı
isə ədviyyatlardır. Qızardılmış fileni tamamlamaq üçün yanına yüngül
salat və qızardılmış kartof əlavə etmək olar. 

Daha doyumlu olması üçün balığı süfrəyə düyü ilə vermək olar

Yayda isə balığın yanında süfrəyə xiyar, pomidor, kahı, yaşıl soğan, keşniş və cəfəridən hazırlanan salat əlavə etmək olar. 




 

 

 

 

 

 

 

 



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!