Qazmaqlı toyuq qızartması resepti - FOTO RESEPT

Qazmaqlı toyuq qızartması resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 11
Tərkibi:

4 toyuq budu (770 q)

1/4 limon

1 x.q. quru reyhan

6 diş sarımsaq

1-1,5 ç.x. iri duz

0.5 ç.q. istiot

4 x.q. zeytun yağı



xəmir (200 q):

un

su

duz

zeytun yağı 



Hazırlanması: 

Əvvəlcə
toyuq üçün ədviyyat qarışığını hazırlayın: sarımsağı xırda doğrayıb
quru reyhan, duz, istiot və yağla qarışdırın. Əgər həvəngdəstəniz varsa,
onda əzin. 

Toyuq ətini yuyub, təmizləyib suyunun çəkilməsini gözləyin. Sonra hazırladığınız qarışığı üzərinə çəkin. 

Göstərilən
ərzaqdan xəmir yoğurun (hazır xəmir də istifadə edə bilərsiniz). Xəmiri
nazik yayın, yağlanmış 22 sm diametrli teflon tavaya döşəyin (çəngəllə
deşmək lazım deyil, qoy toyuğun şirəsi axıb qazmağın altında yanmasın). 

Toyuq ətini xəmirin üstünə qoyun, aralarına limon dilimləri düzün.

Xəmirin kənarlarını azca qatlayın. Üzərinə yağ çəkin.

180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqə bişirin. Bişən zaman əmələ gələn şirəni qaşıqla götürüb ətin üzərinə gəzdirin.

Sobanı
söndürüb toyuğu bir qədər də içində "dəmə" qoyun. Əgər sobanın "qril"
funksiyası varsa, sonda bir neçə dəqiqəlik yandıra bilərsiniz. 









Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!