Dadlı göbələk qəlyanaltısı resepti - FOTO RESEPT

Dadlı göbələk qəlyanaltısı resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 7
Tərkibi:

- iri şampinyonlar - 10 dənə

- pendir (rossiyskiy, holland pendiri) - 150 qr

- xama - 2 xörək qaşığı

- soğan - 1 baş

- sarımsaq - 1 diş

- duz, istiot (zövqə görə)

- bitki yağı (tavaya çəkmək üçün)

 

Hazırlanması:

1. İri
şampinyon göbələkləri seçirik. Onları yaxşı təmizləyirik, yuyuruq və
quruduruq. Şampinyonların gövdəsini kəsirik və çay qaşığı ilə ehtiyatla
oyuruq

2. İçlik
hazırlamaq üçün soğanı xırda kublar şəklində doğrayırıq və bitki
yağında bir qədər qızardırıq. Daha sonra ora xırda doğranmış
göbələklərin gövdələrini, duz, istiot, xırda doğranmış sarımsaq əlavə
edirik və hazır olana kimi qızardırıq. Axırda xama əlavə edirik, yaxşı
qarışdırıq və təxminən 1 dəqiqə ərzində qızardırıq.

3. Pendiri sürtgəcin iri gözündən keçirdirik. Pendirin yarısını içliyə əlavə edirik və yaxşı qarışdırırıq.

4. Tavaya bir qədər yağ çəkirik və göbələkləri düzürük. Hər göbələyin içinə içlik qoyuruq və üzərinə pendir tökürük.

5. Şampinyonları 190-200 C kimi qızdırılmış sobada 10-15 dəqiqə ərzində bişiririk.

 

 

 

 

 

 


Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!