Sərxoş almalar resepti - FOTO RESEPT

Sərxoş almalar resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 6
Tərkibi:

4 ədəd alma (bərk, turş-şirin)

200 qr mal və ya donuz əti (yağsız)

1 ədəd kəvər soğanı (yalnız ağ hissəsi)

0,5 ç/q xardal toxumları

0,5 ç/q qurudulmuş kəklikotu

100 qr quşüzümü (dondurulmuş)

200 ml qırmızı şərab (kəmşirin)

0,5 ədəd limon qabığı

0,25 ç/q darçın (üyüdülmüş)

zövqə görə duz



Hazırlanması:

1.
Mümkün qədər eyni ölçüdə olan olan almaların qabıqları soyulur (quyruğu
qalmaqla). Dəlik açılaraq tumları və içinin yumşaq hissələri ehtiyyatla
çıxarılır. Yumşaq hissələri boşqabda saxlanılır.

2. Ət hissələrə doğranılaraq ət-çəkən maşından keçirilir.

3. Kəvər soğanı xırda doğranılır, almaların yumşaq hissələri həmçinin xırda doğranılaraq soğanla qarışdırılır.

4. Ət qiyməsinə soğan, almalar, xardal toxumları, kəklikotu və zövqə görə duz əlavə edilərək qarışdırılır.

5. Alınan kütlə ilə almaların içi mümkün qədər sıx doldurulur.

6.
Sous hazırlanır. Almaların bişəcəyi qazana quşüzümü, şəkər tozu, limon
qabığı, darçın əlavə edilir və şərab tökülür. Qarışdıraraq qaynadılır.

7.
Almalar qaynayan sousa əlavə edilir. Qazanın qapağı bağlanaraq az odda
20 dəqiqə bişirilir. Sonra qapaq çıxarılaraq əlavə 10 dəqiqə bişirilir.

8.
Əgər hövsələniz çatsa almaları sousda saxlayaraq bir günlük soyuducuya
yerləşdirə bilərsiniz. Və ya bişən kimi isti-isti süfrəyə vermək olar.

9. Bu cür yemək həmçinin bayram süfrələrinizi bəzəyə bilər.





































Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!