Havay aşı resepti

Havay aşı resepti
Yeməklər
10.09.2017 19
Tərkibi:

1 st. uzun düyü

100 q şirin bibər

100 q qarğıdalı konservi

100 q göy noxud konservi

100 q yaşıl maş lobyası

100 q yerkökü

1/4 ç.q. zəncəfil tozu

1/4 ç.q. muskat cevizi

2 ç.q. qara istiot (sevmirsinizsə, qədərini azaldın)

2 x.q. zeytun yağı

duz



Hazırlanması:

Düyünü duzlu suda bişirib süzün.



Yerkökünü
kubik, bolqar bibərini xırda doğrayın. Dərin tavada yağı qızdırın, orta
itilikli odda bütün tərəvəzi qovurun. Duz, muskat cevizi və zəncəfil
vurun, yumşalanadək, təxminən 20 dəqiqə qarışdıraraq bişirin.



Tərəvəz qarışığı hazır olanda bişmiş düyünü və qara istiotu əlavə edin, bir neçə dəqiqə bişirin, arada qarışdırın.



Süfrəyə qaynar halda verin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!