Koreya üsulu qabaq resepti

Koreya üsulu qabaq resepti
Yeməklər
10.09.2017 7
Tərkibi:

2,5 kq təzə, bərk qabaq

0.5 kq baş soğan

0.5 kq yerkökü

5 şirin bibər

200 q sarımsaq

göyərti - şüyüd, keşniş, kərəviz, cəfəri - zövqə görə



marinad:

1 st. bitki yağı

1 st. şəkər tozu

150 ml 9%-li sirkə

2 x.q. duz



Hazırlanması:

2 qutu koreya üsulu yerkökü üçün ədviyyat



Marinadı hazırlamaq üçün sadəcə gərəkli ərzağı qarışdırın (yəni qaynatmaq lazım deyil).



Qabağı
və yerkökünü xüsusi sürtgəcdən keçirin, yaxud da saman kimi doğrayın.
Hətta nazik fal-fal da doğraya bilərsiniz. Bibərlə soğanı da ürəyiniz
istəyən formada doğraya bilərsiniz. Xırdalanmış sarımsaqla göyərtini
yerkökü və qabaqla qarışdırın. Üzərinə marinad töküb yenə qarışdırın və
3-4 saat saxlayın.



Bu
müddət keçəndən sonra salatı təmiz, quru bankalara yığıb sterilizə
edin: 1-litrlik bankaları yarım saat, yarımlitrlikləri - 15 dəqiqə.
Sonra qapağını bağlayın. Tərs çevirmək lazım deyil. Soyuq yerdə
saxlayın.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!