Qaymaqlı sousda balıq küftələri resepti - FOTO RESEPT

Qaymaqlı sousda balıq küftələri resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 17
Tərkibi:

250 q balıq qiyməsi

1 baş soğan

3-4 x.q. narın suxarı

300 ml 30%-li qaymaq

50-100 q pendir

brokkoli (zövqə görə)

duz

ağ istiot



Hazırlanması:

Qiyməyə
ət maşınından keçirilmiş, yaxud xırda doğranmış baş soğan, narın
suxarı, duz-istiot qatıb yoğurun. Lazım gələrsə, suxarının qədərini
artırın. Küftə tutun.

Brokkolini budaqlarına ayırın.

Küftələri xırda formalara, yaxud bir iri siniyə düzün, 200 dərəcə qızdırılmış sobada 5 dəqiqə bişirin.



Sous: kasada qaymaq, sürtgəcdən keçirilmiş pendir, duz-istiotu qarışdırın.



Formaları (yaxud formanı) sobadan çıxarın, küftələrin arasına brokkoli düzün.

Üzərinə sousu töküb 180-190 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.

































Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!