Bibər içlikli badımcan kotleti resepti - FOTO RESEPT

Bibər içlikli badımcan kotleti resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 7
Tərkibi:

1 bolqar bibəri

2 orta boy badımcan

1 diş sarımsaq

1 balaca çili

1 x.q. zeytun yağı

1 ç.q. kəkotu

1 yumurta

duz

istiot

4-5 x.q. narın suxarı

bitki yağı (qızartmaq üçün)

narın suxarı (kotletləri batırmaq üçün)



Hazırlanması:

Bibər
və badımcanları 220 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Sonra
paketə qoyub 10 dəqiqə saxlayın. Bu müddətdən sonra qabığını təmizləyin.




Sarımsaq və çilini xırdalayın, bibəri də kubik doğrayıb birlikdə qarışdırın, duz, istiot, zeytun yağı və kəkotu əlavə edin.



Badımcanı blenderdə xırdalayın, 1 yumurta, 4-5 x.q. narın suxarı əlavə edin, duz, istiot vurub yaxşıca qarışdırın.



Badımcanlı kütləni 8-10 yerə bölün. Hər birini ovcunuzda yastılayıb ortasına bibərli içlik qoyub kotlet tutun.



Kotletləri suxarıya batırıb qızdırılmış yağda hər üzünü 3-4 dəqiqə qızardın.



Süfrəyə salat və xama ilə verə bilərsiniz.

















Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!