Tavada hazırlanan börək resepti

Tavada hazırlanan börək resepti
Yeməklər
10.09.2017 16
Tərkibi:

2 ədəd yuxa



İç üçün:

100 qram pendir

1/4 ədəd sucuq



Sous üçün:

3 ədəd yumurta

2 kiçik stəkan maye yağ

1 kiçik stəkan qatıq

1 kiçik stəkan süd

duz

su



Hazırlanması:

Sous üçün lazım olan materiallar hamısı qarışdırılır və çırpılaraq sos hazırlanır.

Bundan sonra pendir əzilir. Sucuqlar incə – incə doğranılır.

Bunlar edildikdən sonra əzilən pendir və incə – incə doğranılmış sucuq bir – birinə qarışdırılır.

Bir tava götürülür və içərisi yağlanılır.

Yuxalardan bir dənəsi götürülür, tavanın içərisinə sərilir. Yuxanın kənarları tavadan kənara çıxır.

Galan ikinci yuxanın yarısı kəsilib ayrılır, tavanın içərisinə qoyulur.

Bundan
sonra əvvəlcədən hazırlanan sosun bir hissəsi tavanın içərisindəki
yuxaların üzərinə əlavə edilir. Yuxaların sosu canına çəkməsi üçün biraz
gözlədilir.

Bundan sonra içlik üçün hazırladığımız pendir və sucuq qarışığı soslu yuxanın içərisinə bərabər şəkildə yayılır.

Qalan yuxa parçası ilə içliyin üzəri örtülür. Qalan sosun bir hissəsi də buraya əlavə edilir.

Tavanın
kənarlarından çıxan yuxa parçaları ilə bunlar yaxşıca sarılır. Bundan
sonra qalan sosun hamısı da börəyin üzərinə sürtülür.

Tavanın qapağı örtülür. Tava vam odda ocağın üzərinə qoyulur. Burada tava börəyi vam odda bişməyə başlanır.

Arada bir altının qızarıb – qızarmadığını kontrol etmək lazımdır.

Tava
börəyi alt hissəsi qızardıqdan sonra bir tabaq vasitəsi ilə tərs
çevrilir. Tava börəyi digər üzü də bu sayədə bişib qızarır.



Nuş olsun!

Bundan sonra tava börəyini süfrəyə vermək olar.



 

Qeyd:

Tava börəyi hazırlayarkən hazır yuxa istifadə etmək olar. Bu börəyin hazırlanmasısını həm asanlaşdırar, həm də sürətləndirər.

Asanlıqla hazırlayacağınız tava börəyi, süfrələrinizi bəzəməklə, qonaqlarınızın və uşaqların da xoşuna gələcək.



Börəyin bir çox üsulla hazırlanmasına baxmayaraq, bu börək növü xusisi ilə asan hazırlanması ilə diqqət çəkir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!