Lavaşlı pirojkilər resepti

Lavaşlı pirojkilər resepti
Yeməklər
10.09.2017 11
Tərkibi (20 ədəd): 

- 4 lavaş

- 300 q kəsmik

- 1 ç.q. xardal

- 1 dəstə şüyüd

- 130 q pendir

- duz

- 1 yumurtanın sarısı

- 1 ç.q. su

- bitki yağı



Hazırlanması:

Kəsmiyi xardal və duzla yaxşıca qarışdırın. 

Şüyüdü yuyub xırda doğrayın. 

Pendiri sürtgəcin iri gözündən keçirin. Kəsmik, şüyüd və pendiri qarışdırın. 

Hər
lavaşı eninə təxminən 5 bərabər hissəyə bölün. Bir şəridin bir tərəfinə
iç qoyub üçbucaq formasında bükün (üçqulaq paxlava kimi). 

Digər lavaşları da eyni qaydada hazırlayın. 

Yumurta sarısına 1 ç.q. su əlavə edib çəngəllə çalın. 

Hər pirojkinin iki üzünə də yumurta sarısı çəkin. 

Bitki yağında hər iki üzünü qızardın. 



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!