Şah plovu resepti

Şah plovu resepti
Yeməklər
10.09.2017 11
Tərkibi:

Zəfəran – 0,5 qr.,

Düyü – 3 stəkan (1 st. – 200 qr.),

Duz – 1 ç.q.,

Əridilmiş yağ– 200 qr.,

Tikə quzu əti – 600 qr.,

Ərimiş yağ – 300 qr.,

Baş soğan – 3-4 baş,

Quru alça – 150 qr.,

Kişmiş – 300 qr.,

Ərik – 200 qr.,

İstiot, sarıkök – zövqə görə,

Lavaş– 10 dənə

 

Hazırlanması:

Bu bayram plovu görkəmindən orta əsrlər şərq hökmdarlarının tacına oxşadığı üçün belə adlanır.

Düyü arıdılır, yuyulur, 4-6 saat duzlu isti suda isladılır. Duzlu suda
yarıbişənə qədər qaynadılır. Sonra aşsüzənə tökülüb süzülür, zəfəran
əlavə edilir. Ət dördkünc tikələrə doğranır, üstünə duz, istiot, alça
turşusu sürtülür.

Qazanın dibinə və divarlarına kərə yağı çəkilir.

Qeyd: Şah plov hazırlamaq üçün dibinin diametri ağzının diametrindən dar olan qazan götürülür.

Qazanın dibinə aralarına kərə yağı çəkilmiş 5 lavaş elə qoyulur ki, onlar qazanın divarlarından kənara sallansın.

Lavaşın hazırlanması: un, yumurta, su və bir az duz tökməklə bərk xəmir
yoğrulur. Bundan xırda kündələr tutulur və 2 mm qalınlığında lavaşlar
yayılır, bərk qızdırılmış tavada qızardılır (yağ tökülmür).

Qazanın dibindəki lavaşların üstünə düyünün bir hissəsi (təxminən
1/3-i) tökülür, onun üstündən ət əlavə edilir, yenə düyü (təxminən
1/3-i) tökülür. Ortasına qabıqdan çıxarılmış şabalıd, ərik və kişmiş
qoyulur və qalan düyü də əlavə edilib lavaşlarla kip örtülür. Qalan 5
lavaş da aralarına yağ çəkilərək düyünün üstündən qoyulur. Üstündən
kərə yağı çəkilir, qapağı örtülərək temperaturu 1300S olan fırında
(duxovka) bişirilir. 40 dəqiqədən sonra üstündən ərimiş kərə yağı
tökülür.



80 dəqiqədən sonra fırındın çıxarılır, qapağı açılır
və yağı boşaldılır, qazan yastı buluda çevrilir. Ortada deşik açılıb,
plov pay-pay bölünür, qazmaq isə ləçək kimi açılır.




 


Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!