Duzda bişirilmiş balıq resepti

Duzda bişirilmiş balıq resepti
Yeməklər
10.09.2017 33
Tərkibi: 

600-700 q çəkidə bütöv, təmizlənmiş balıq

4 st. iri duz

3 yumurtanın ağı

zeytun yağı

1 limon 

cəfəri



Hazırlanması:

Sobanı 190 dərəcə qızdırın. 

Limonun yarısını  dilimləyin, dilimləri cəfəri ilə birlikdə təmizlənmiş balığın içinə qoyun.  

Duz, yumurta ağları və 1/4 st. suyu qarışıq yaş qumu xatırladanadək qarışdırın. Əgər gərək olarsa, duz, yaxud su əlavə edin. 

Formanın
içinə folqa, yaxud perqament döşəyin. Duz qarışığının yarısını döşəyin.
Balığı üzərinə qoyub duz qarışığının qalanını əlavə edin (balığın üstü
örtülsün). 

Sobada 25-30 dəqiqə bişirin. 

Sobadan
çıxarandan sonra 10 dəqiqə saxlayın. Sonra taxta qaşıqla üzərindəki duz
qatını götürün. Balığın dərisini soyub filesini qaba qoyun. 

Süfrəyə zeytun yağı və limonla verin. 



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!