Sen-Florenten kartofu resepti

Sen-Florenten kartofu resepti
Yeməklər
10.09.2017 12
Tərkibi: 

1,5 kq kartof

100 q vetçina (yaxud "Doktorskaya" kolbasası) 

70-100 q xırda vermişel (yumurtalı) 

3 yumurta

50 q kərə yağı

təzə üyüdülmüş qara istiot

0,3 ç.q. muskat cevizi

duz

un 

80-100 q narın suxarı

qızartmaq üçün bitki yağı



Hazırlanması:

Kartofu
təmizləyib duzlu suda bişirin, sonra suyunu süzüb qazanın qapağını açıq
qoyun, 10 dəqiqə qalıb qurusun. Sonra püre hazırlayın. 

Vetçinanı (kolbasanı) xırda kubik doğrayın. 

Püreyə 3 yumurtanın sarısını, kərə yağı, muskat cevizi, duz və doğradığınız vetçinanı (kolbasanı) əlavə edin, qarışdırın. 

Yumurta
ağlarını iki yerə bölün. Bir hissəni möhkəm çalın, kartof püresinə
əlavə edib aşağıdan yuxarıya doğru qaşıqla qarışdırın. 

Yumurta ağlarının digər yarısını ayrı qabda çalıb bir kənara qoyun. 

Xırda vermişeli ya həvəngdə döyün, ya da paketə qoyub üzərindən oxlovla bir neçə dəfə keçin. 

Kartof kütləsini un səpilmiş masada kolbasa formasına salın. Eyni boyda uzun-uzun doğrayın. 

Hər birini öncə çalınmış yumurta ağına, sonra xırdalanmış vermişellə qarışdırılmış suxarıya batırın. 

Fritürdə qızardın. 

Süfrəyə tərəvəz salatı, yaxud kahı ilə verə bilərsiniz. 



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!