Ətli piroq resepti

Ətli piroq resepti
Yeməklər
10.09.2017 37
Tərkibi:

Xəmir üçün:


250 q mayonez

250 q xama

3 yumurta

300-350 q un

2 ç.q. qabartma tozu (və ya 1 ç.q. soda)

duz



İç üçün:

300 q ət (mal və ya toyuq)

400 q kartof

1 baş soğan (göy soğan da olar)

duz

istiot



Hazırlanması:

Mayonezlə xamanı qarışdırın. Yumurta, duz əlavə edib qarışdırın. Qabartma tozu və un qatıb yumşaq xəmir yoğurun.



İç üçün:
Soğanı və çiy əti lap xırda doğrayın. Çiy kartofu xırda kubiklər
şəklində doğrayın. Ət və soğanla qarışdırıb, duz, istiot vurun.



Yağlanmış
siniyə xəmirin yarısını döşəyin. Asan olsun deyə, əllərinizi əvvəlcədən
isladın. Xəmirin üstünə içi qoyub, qalan xəmirlə üzərini qapadın.



180 dərəcə qızdırılmış sobada 1 saat bişirin. Əgər üstü çox qızarsa, folqa ilə örtün.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!