Tərəvəz və toyuq əti ilə maffin resepti

Tərəvəz və toyuq əti ilə maffin resepti
Yeməklər
10.09.2017 2
Tərkibi: 

1 st. un

4 yumurta

1 çimdik duz



iç: 

toyuq əti 

yerkökü

bibər 

soğan 

qarğıdalı, göy noxud konservi (zövqə görə)



Hazırlanması:

Yumurtaları duz və unla çalın. 

Toyuq
ətini suda bişirin. Xırda doğrayın. Yerkökü və bibəri də xırdalayın.
Toyuq əti, bibər, yerkökü, qarğıdalı və göy noxud konservləri, xırda
doğranmış soğan, duz-istiot vurub qarışdırın. Göyərti də əlavə edə
bilərsiniz (ümumiyyətlə, sevdiyiniz başqa tərəvəzlərdən də istifadə edə
bilərsiniz). 

Formaları bitki yağı ilə yağlayın. Dibinə azca xəmir tökün. Bir qədər iç qoyub üzərinə yenə xəmir tökün.  

200 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin. 

Səhər yeməyi, yaxud uşaqların məktəb naharı üçün əla seçimdir.



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!