Sobada toyuq budu resepti

Sobada toyuq budu resepti
Yeməklər
10.09.2017 20
Sobada xamalı
və sarımsaqlı sousda hazırlanmış toyuq budunu — öz zövqünüzə uyğun
hazırlaya bilərsiniz, yəni sevdiyiniz ədviyyatlarla. Əsas odur ki, yağlı
smetanla hazırlayasınız.



Tərkibi:

8-10 ədəd toyuq budu

0,5 kiloqram xama

Sarımsaq 8-10 diş

Bibər — qırmızı, döyülmüş 1 Çay qaşığı

duz 1,5-2 x.q

qırmızı istiot döyülmüş 2 x.q



Hazırlanması:

Əvvəlcə
marinad hazırlayırıq — xama duz, istiot və pul bibər əlavə olunub
qarışdırılır. Sarımsaq təmizlənir. Pressdən keçirilir(marinad
hazırladığımız boşqaba əlavə olunur.Yenidən hamısı qarışdırılır.



Yuyulub,
sümüklərdən təmizlənmiş toyuq ətlərini marinadla tam örtürük. Toyuq
budlarını formaya yığıb, üzərinə marinadın qalan hissəsin çəkirik.
Xüsusi plyonkayla örtürük formanı- ən azı 2 saatlığa qoyuruq
 soyuducuya, amma bütün gecəni soyuducuda qalmağı daha yaxşı olardı .

Toyuq
əti nə qədər çox  marinad olunsa o qədərdə tez hazırlanacaqdır. Toyuq
budu sobada təxminən 40-50 dəqiqə ərzində — 200с dərəcə temperaturda
qızarıncaya qədər bişirilir. Hazır toyuq ətinin yanında düyü və ya
qovrulmuş tərəvəz, kartof qarniri ilə süfrəyə verilə bilər. Toyuq budu
yeməkləri sevənlər üçün çox ləzzətli reseptdir.

 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!