Ətli çudu resepti

Ətli çudu resepti
Yeməklər
10.09.2017 233
Tərkibi:

Xəmir üçün:


Yumurta - 2 ədəd

Süd - yarım litr (südü smetanla da əvəz etmək olar)

Yağ - 150 qr.

Maya və azca duz

Un apardığı qədər



İç üçün:

Qiymə - 500 qr.

Şüyüd - 1 dəstə

Soğan - 2 ədəd

Duz və istiot zövqə görə

Kərə yağı - 500 qr.



Hazırlanması:

Xəmiri yoğurub, acımağa qoy. Soğanları xırda doğrayıb, qiyməni azca
yağda bişir. Hazır olandan sonra xırda doğranmış şüyüd, duz və istiot
vurub, soyumağa qoy. Xəmir acıdıqdan sonra orta böyüklükdə kündələr et.
Yuxa aç. Aralarını yağlayıb, 3 yuxanı üst-üstə qoy. Xəmiri uzunsov
kəsib, boru şəklində bük. Arasını açıb, (qoğaldakı kimi) ət qoyub bük.
Kənarlarını şəkərbura kimi bağlayıb, duru yağda qızart. 

Əsas: Əgər çudunun içinin tam və yaxşı bişməsini istəyirsənsə, onları
yağda qızartmazdan əvvəl 3-4 dəqiqə sobada saxladıqdan sonra bişir.
Çalış, üstü qızarmasın.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!