Lavaşdan hazırlanan ruletlər üçün 20 dadlı içlik resepti

Lavaşdan hazırlanan ruletlər üçün 20 dadlı içlik resepti
Yeməklər
10.09.2017 12
Lavaşdan sadə və asan başa gələn çox dadlı ruletlər hazırlamaq olar.



20 müxtəlif tərkibə malik içliklər isə ruletlərə daha çox ləzzət və gözəl görünüş qatacaq.



Tərkibi:

- Lavaş



İçliklər:

Ev kəsmiyi (200 qram),

2 diş sarımsaq,

duz,

göyərti

mayonez.

Krab çubuqları (1 paket),

soyutma yumurta

sürtgəcdən keçirilmiş pendir

soğan

marinad xiyar



Hazırlanması:

Soğanla qızardılmış şampinyon göbələyi, 1 qab "Yantar” tipli krem
pendir, göyərti. Əgər acı xoşlayırsınızsa, biraz xırdalanmış marinad
xiyarlarından əlavə edə bilərsiniz.

Ev kəsmiyi, sarımsaq, göyərti, sürtgəcdən keçirilmiş pendir və duzlu xiyar.

1 qab adıgey pendirini əllərinizlə xırdalayın, göyərti, mayonez və koreya kökü əlavə edin.

Az duzlu qırmızı balığı doğrayın, göyərti və təzə xiyar əlavə edin.

Qaynadılmış düyü, soyutma yumurta, göyərti, mayonez.

Balıq konservini yağda çəngəllə əzin, sürtgəcdən keçirilmiş pendir və göyərti əlavə edin.

Kolbasa, soyutma yumurta, koreya kökü və mayonez.

Kiçik kublar şəklində doğranmış bərk pendir və vetçina, sürtgəcdən keçirilmiş sarımsaq və təzə xiyar, mayonez.

Qızarmış soğan və bolqar bibəri, kəsilmiş duzlu xiyar, qızarmış toyuq əti, sarımsaq, təzə pomidor.

Sürtgəcdən keçirilmiş xiyar və kök, hisə verilmiş ət tikələri, mayonez və göyərti.

Sürtgəcdən keçirilmiş çuğundur, kök, sarımsaq, qoz və mayonez.

Qızardılmış soğan, şirin bibər və ət qiyməsi, sürtgəcdən keçirilmiş bərk pendir.

Krem pendir, soğan, sarımsaq və bibərdən hazırlanan qarışım.

Soyutma yumurta, soğanla qızardılmış göbələk, sürtgəcdən keçirilmiş pendir və göyərti.

Şirin bibər, soğan, pomidor və sarımsaq bitki yağında qızardılır və blenderdə məcun halına gətirilir.

Toyuq ciyəri qızardılır, yağlı qaymaq əlavə olunur, zövqə görə duz
və istiot vurulur və blenderdə çalınır, mikrodalğalı sobada qızdırılır.

1 paket krab çubuğu, 100 qram bərk növ pendir, 2-3 soyutma yumurta, 1 paket mayonez və göyərti.

Bişirilmiş krevetlər çəngəllə əzilir, kərə yağı və sarımsaq əlavə edilir.



Hazırlanma qaydası:

Qeyd olunan içliklərdən hər hansı birini lavaşın içinə qoyun və bütün
səth boyu bərabər yayın. Sonra rulet şəklində yuvarlayın. Ruleti
halqalara doğrayın. Boşqaba qoyun və göyərti ilə bəzəyin.
 



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!