Sobada tərəvəzli küftə resepti

Sobada tərəvəzli küftə resepti
Yeməklər
10.09.2017 17
Fırında səbzəli küftə qiyməli yeməklərin içində ən faydalısıdır. Günorta
yeməyi üçün ideal seçimdir. Çox zaman sərf etmədən həm gözünüzü, həm də
Sizi doyuran bir yemək hazırlayacaqsınız.



4 nəfərlik Bişmə müddəti 25 dəqiqə

Tərkibi:

2 ədəd badımcan

2 qabaq

4 pomidor

3 soğan

300 qr dana qiyməsi

2 dilim boyat çörək içi

30 qr marqarin

Duz

qara bibər



Hazırlanması:

Badımcan və qabaqların uc qisimlərini kəsib, halqa şəklində doğrayın.
Badımcan dilimlərinin acısını almaq üçün duzlu suda 10 dəqiqə gözlədib
süzün. Pomidorları halqa şəklində dilimləyin. Soğanları soyub doğrayın.



Çörəkləri suda yumşaldıb ovun. Qiymə, çörək içi, soğan, duz və qara
bibəri qaba qoyub yoğurun. Cəviz böyüklüyündə qiymə qarışığını alıb
əlinizlə yuvarlayıb yastılaşdıraraq səbzələrlə eyni böyüklükdə küftələr
hazırlayın. Sırayla badımcan, qabaq, küftə və pomidor dilimlərini çox az
meyilli – üst-üstə gələcək şəkildə istiyə da-yanıqlı keramik fırın
qabına sırayla düzün. Üzərinə kiçik kəsilmiş marqarin parçalarını səpin.



Öncədən isidilmiş 170 dərəcəlik sobada 25 dəqiqə bişirib çıxarın. Qızardılmış kartofla servis edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!