Kələmli lobya şorbası resepti

Kələmli lobya şorbası resepti
Yeməklər
10.09.2017 25
Tərkibi:

4 l ət bulyonu (adi suda da bişirmək olar)

1,5 st. ağ xırda lobya

1,5-litrlik bankada duzlu kələm

150 q çili kolbasası

1 iri yerkökü

1 iri baş soğan

3-4 x.q. tomat pastası

3-4 diş sarımsaq

bitki yağı

duz

istiot

paprika

dəfnə yarpağı

şüyüd və cəfəri qurusu



Hazırlanması:

Lobyanı 1 gecə isladın.

Bulyonu ocağa qoyun. Qaynayanda lobyanı əlavə edin.

Kələmin
suyunu sıxın (atmayın), bitki yağında iti odda 10 dəqiqə qovurun,
sonra bankadakı mayeni, ədviyyatı, sarımsağı əlavə edin, qazanın
qapağını örtüb orta itilikli odda 30 dəqiqə bişirin. Arada qarışdırın.

Soğanla yerkökünü ayrı tavada qovurub əlavə edin.

Tomat pastasını yağda qovurun, kələm hazır olandan 5 dəqiqə əvvəl əlavə edin.

Kələmi və doğranmış çili kolbasalarını lobyanın qaynadığı qazana əlavə edib daha 15 dəqiqə bişirin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!