Xaş resepti

Xaş resepti
Yeməklər
10.09.2017 130
Tərkibi:

Malın ön ayaq dırnaqları

Mal quyruğu (istəyə görə)

Duz

Dəfnə yarpağı

İstiot (əzilməmiş)

Sarımsaq

Narşərab

Turşu

Göyərti



Hazırlanması:

Xaş
hazırlamaq üçün malın ayaq dırnaqları təmizlənir. Bunun üçün dırnaqlar
tüklərinin təmizlənməsi üçün oda tutulur və tüklər ütülür.



Bundan sonra bıçaq vasitəsi ilə qaşınaraq artıq qalıntılar təmizlənir. Tükü ütülüb təmizlənmiş dırnaqlar bol su ilə yuyulur.



İstənməyən iylərdən qurtarmaq üçün:

Bundan
sonra minalı qazan götürülür, təmizlənən mal dırnaqları bu qazana
qoyulur, üzərinə bol su əlavə edilir. Bu qazanda dırnaqlar bir gün
gözlədilir. Soyuq bir yerdə gözlətmək məsləhət görülür. Suyu vaxtaşırı
təmizləmək lazımdır. Su dəyişdikcə həm də dırnaqlarda ütmə əsnasında
meydana gələn iy də çəkilmiş olar.



Yumaq üçün axar sudan bol istifadə etmək lazımdır.



İstənməyən iylərdən qurtarmaq üçün başqa vasitə



Dırnaqlarda
və quyruqda olan istənməyən qurtarmanın ikinci ve tez başa gələn üsulu
olaraq, təmiz dırnaqları və quyruq parçalarını biraz duzsuz suda
qaynatmaq olar. Bu zaman suyun üzərində kəf olarsa, onu da təmizləyib
atmaq lazımdır.



Bundan
sonra dırnaqları sürətli bir şəkildə soyuması üçün soyuq suya salırıq.
Dırnaqlar soyuduqdan sonra doğramağa başlayırıq. Xaş bişirmək üçün mal
dırnaqlarını doğrayarkən baltadan istifadə etməməyə çalışmaq lazımdır.
çünki bu zaman həm sümük qırıqları ətə qarışır, həm də ilik dağılır.



Bunun
üçün mümkündürsə sümük kəsmək üçün olan mişardan istifadə etmək
lazımdır. Mişarla sümüklər doğranır, Oynaqlar isə bıçaq vasitəsi ilə
ayrılır.



Doğranan
mal dırnaqları və quyruq parçaları, xaş bişiriləcək qazana qoyulur.
Sonra dırnaqların üzərinə su əlavə edilir. Su dırnaqların üzərinə
təqribən 1-20 sm çıxmalıdır. Bundan sonra xaş vam odda qaynadılmağa
başlayır.



Xörək qaydadıqca, suyun üzərinə toplanan kəf yığılmalıdır.



Bəzən
xaşın içərisinə doğranmamış baş soğan əlavə edilir. Bu zaman kəf daha
yaxşı toplanır. Xaş suyunun daha şəffaf olması üçün isə bəzən suya kök
əlavə edilir.



Ancaq xaş biraz bişdikdən sonra kök və soğanı çıxartmaq lazımdır. Çünki əzilib yeməyə qarışır.



Xaş təqribən ən az 5-6 saat qaynamalıdır.



Xaş bişənə yaxın içərisinə duz, əzilməmiş istiot, dəfnə yarpağı vurulur.



Bişmiş xaşda, ət sümükdən tamamən ayrılmalıdır.



Bu zaman əmələ gələn bulyon qızılı rəngdə və yağlı olur.



Xaşın yanında süfrəyə sirkə, sarımsaq, narşərab, turşu, göyərti verilir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!