Ezogəlin şorbası resepti

Ezogəlin şorbası resepti
Yeməklər
10.09.2017 9
Tərkibi:

1 çay stəkanı qırmızı mərcimək 3 xörək qaşığı düyü

3 xörək qaşığı yarma

3 xörək qaşığı incə qısa vermişel

1 soğan

2 xörək qaşığı tomat

1 xörək qaşığı kərə yağı yarım çay qaşığı qırmızı pul bibər

2 çay qaşığı quru nanə

6-7 stəkan qaynanmış su 1 xörək qaşığı duru yağ duz



Hazırlanması:

İlk
öncə düyü, yarma, mərciməyi yuyun və suyunun tam süzülməsi üçün bir
kənara qoyun. Soğanı incə doğrayın, kərə yağını içinə bir az da duru yağ
qataraq əridin. Soğanları içinə atın və diriliyi gedənə qədər
qarışdırın.

Daha
sonra üzərinə un əlavə edin. Bir az qarışdırın. Arxasınca içərisinə
tomat və quru nanə, pul bibər qatın və qovurmağa davam edin. Bunun içinə
yuyub süzdüyünüz düyünü, mərciməyi və yarmanı atın, bir-iki əl
qarışdırın. Sonra şorbanın suyunu qoyun (Suyu gözəyarı qərarlaşdırın).
Şorba qaynamağa başlayınca incə vermişeli əlavə edin. Bir az daha
qaynadın və duzunu atıb ocağın altını qısaraq yavaş-yavaş 15 dəqiqə daha
bişirin. Son olaraq duzunu atın və şorbanız servisə hazırdır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!