Gül pelmenlər resepti - FOTO RESEPT

Gül pelmenlər resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 60
Tərkibi: 

200 q un

100 q qaynanmış su

duz

qiymə (yaxud kartof və ya digər tərəvəz)

soğan

duz

istiot

 

Hazırlanması:

200 q unu 100 q isti su ilə qarışdırın, azca duz vurub elastik xəmir yoğurun. 



Qiyməni xırda doğranmış soğanla qarışdırın, duz-istiot
vurun. (Yaxud, bişmiş kartofu püre halına salıb, kəsmiyi quru
meyvələrlə, yaxud göyərti və yumurta ilə qarışdırıb istifadə edə
bilərsiniz).

Xəmirdən kiçik kündələr tutun. Yayın. Ortasına iç qoyub, kənarlarını ortaya doğru qaldırıb birləşdirin (4, yaxud 5 "tikiş"). 

 



 

Alınan "tikişlərin" kənarını qaşığın ucu ilə basıb həm bir-birinə yapışdırın, həm də xətt-xətt forma verin. 

 





Sonra "tikiş"lərin sərbəst ucunu, geriyə, əsasa doğru
qatlayın, "ləçək" alınacaq. Ortasını da möhkəm qatlayandan sonra mantı
qazanına düzüb bişirin. 





 



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!