Bakhendl cücəsi resepti - FOTO RESEPT

Bakhendl cücəsi resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 5
Tərkibi: 

1 cücə

1 limon

8 x.q. un

2 yumurta

100 q narın suxarı (rəng üçün 0,5 ç.q. sarıkök və ya paprika əlavə etmək olar)

100 ml zeytun yağı

100 ml bitki yağı (qarğıdalı, yaxud günəbaxan)

qara istiot

duz

 

Hazırlanması:

Cücəni yuyub, suyunu salfetlə çəkin, doğrayın. Qanad və qabırğalarını ayıra bilərsiniz (onlardan bulyon bişirmək olar). 



Ət tikələrini duzlayıb-istiotlayın. Üzərinə limon şirəsi gəzdirib ən azı bir saat marinadda saxlayın. 



Yumurtaları çalın. Unu və narın suxarını ayrı-ayrı qablara tökün. Suxarıya paprika və ya sarıkök qata bilərsiniz.



Toyuq tikələrini əvvəlcə una, sonra yumurtaya, sonda isə suxarıya batırın. 



Tavada bitki yağını zeytun yağı ilə qarışdırın. Yağ
bol olmalıdır ki, cücə yaxşı qızarsın. Əvvəl iti odda qızardın, sonra
tavanın qapağını örtün, orta itilikli odda bişirin. 



Bakhendli adətən süfrəyə limon dilimləri və cəfəri ilə verirlər.




 

 

 

 

 

  Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!