Tuxum-barak resepti - FOTO RESEPT

Tuxum-barak resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 8
Tuxum-barakı
özbəkcədən tərcümə eləsən, "yumurta ilə yarpaq" (yarpaq xəngəl) alınar.
Yəni bir tərəfdən baxanda varenikə də oxşayır. Amma iki fərqi var -
birincisi, kvadrat forması, ikincisi də içi - adi yumurta. 

 

Tərkibi: 

un

su

duz

yumurt

göyərti (göy soğan və yaxud digər sevdiyiniz)

ədviyyat

duz

istiot

 

Hazırlanması: 

Un, su, duz və yumurtadan adi xəngəl xəmiri yoğurun. Sonra uzun oxlovla nazik yayın. 

Xəmiri oxlova dolayın. Sonra isə qarmon kimi üst-üstə qatlayın. 

Sonra bunu bərabər endə şəridlərə doğrayın. 

Şəridləri də üst-üstə qoyub dördbucaqlılar kəsin (ölçülərini elə ayarlayın ki, ikiyə qatlayanda kvadrat alınsın).

Adi qaydada yayılmış lavaşı bıçaqla da doğraya bilərsiniz, amma yuxarıda göstərilən üsul ən asanıdır. 

Dördkünc xəmir parçalarını isə iki yanaşı tərəfini
arasını azacıq isladaraq birləşdirmək lazımdır, bir növ ağzıacıq zərf
alınır. Amma tərəfləri yaxşı yapışdırmaq lazımdır ki, duru iç axıb
tökülməsin. 

İç. Hər yumurtaya 1 x.q. bitki yağı və 1 x.q. süd
götürün, duz-istiot da vurub çalın. İstədiyiniz göyərtini - ispanaqdan
tutmuş göy soğanadək - xırda doğrayıb əlavə edə bilərsiniz.  Bir qədər
də sarıkök əlavə edib qarışdırın. 

"Zərfləri" hazırladığınız müddətdə qazanda su qaynadın. Duz vurun. "Zərfləri" də, içi də ocağa yaxın qoyun. 

"Zərf"in içinə bir az iç tökün, barmağınızı yumurta qarışığına batıraraq kənarlarına çəkin və bir-birinə bitişdirin. 

Dərhal da qaynayan suya salın. Əvvəlcədən iç doldurub
yanaşı düzmək, sonra qazana salmaq olmayacaq - iç kənarları açıb axıb
gedəcək. Ona görə də cəld işləmək lazımdır. "Zərf" hazır olan kimi
qaynayan suya salıb bişirin. Qaynar suya düşəndə isə axıb getməyi
qeyri-mümkündür, çünki yumurta dərhal bişir. 

Bişdikdən sonra bir-birinə yapışmasın və daha dadlı
olsun deyə süzüb boşqaba çəkdiyinizdə üzərinə əridilmiş kərə yağı
gəzdirin, qızardılmış çörək ovuntuğu səpin. 




 

 

 

 

 

 

 

 

 


Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!