Şah plov resepti - FOTO RESEPT

Şah plov resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 18
"Şah
plov” milli mətbəximizdə olan 11 plov növünün başında gəlir. Dadı və
görkəmi ilə çox fərqlənir. Bayram süfrəsi plovsuz olmaz fikirləşib bu
dəfə "Qurman” rubrikamızda sizin üçün süfrələrimizin şahı olan "Şah
plov”un reseptini təqdim edirik. "Şah plovu” sizin üçün bu dəfə "Bulud”
Restaurant&Lounge-ın baş aşpazı Cəfər usta hazırladı.



Tərkibi:

Uzun düyü – 4 st

Bişmiş sümüksüz quzu əti – 1 kq

Təmizlənmiş şabalıd – 500 qr

Baş soğan – 3 ədəd

Əridilmiş kərə yağı – 4 x.q.

Qaysı – 10 ədəd

Kişmiş – 1 st

Albuxara – 10 ədəd

Sarıkök ya da zəfəran

Limon duzu

Duz

İstiot

5-6 ədəd yuxa 



Hazırlanması:

Əvvəlcə
şabalıdın qabıqları təmizlənir. Təmizlənmiş şabalıd tavadada duz
səpilib, yağ əlavə edilib qovrulur. Sonra doğranmış soğanı ayrı bir
tavaya töküb, duz səpib, qızılı rəng olana qədər qovurmaq lazımdır.
Qovrulmuş soğana 1/3 ç.q. sarıkök əlavə edib qarışdırın. Başqa bir
tavada isə əvvəlcə suda bişmiş quzu ətinə yağ əlavə edib qovurmaq
lazımdır. Qovrulmuş ətin üzərinə limon duzu, istiot səpilib
qarışdırılır. Qovrulmuş soğan ilə ət də, qarışdırılır. Kişmiş, qaysı və
alça turşusunu (albuxara) da başqa qabda yağ əlavə edib qovurun. Böyük
qazanda su qoyun, suya duz tökün ( 5 lt qazana 2 x.q. duz əlavə edin).
Su qaynayanda yuyulmuş düyü tökülüb bişirilir. Düyünü suya tökən kimi
əzməmək şərtilə qarışdırmaq lazımdır ki, bir-birinə yapışmasın. Düyü tam
bişməmiş o süzülür, üzərinə sarıkök ya da ki, dəmlənmiş zəfəran
tökülür.



Daha
sonra isə sobaya yerləşəcək bir qazan götürün. Onun içini yağlayın,
sonra yuxaların da hər birini yağlayıb qazana yerləşdirin. Bişmiş
düyüdən az miqdarda tökürük qazana və üzərinə şabalıd da əlavə edirik.
Yenə düyü əlavə edirik, üzərinə əti töküb və qovrulan turşuları da
əlavə edirik. Yenə düyü tökürük və qovrulmuş kişmişlə qaysını da əlavə
edirik. Kişmişin üzərinə yenə düyü əlavə edib yağlayırıq, sonra
başlayırıq yuxaları büküb düyünün üzərini bağlayırıq. Üzərinə bir qab
qoyuruq ki, yuxalar açılmasın. Sonra əvvəlcədən 180-200 dərəcədə
qızdırılmış sobaya dəm almağa qoyuruq. Bütün tərəfləri qızardıqdan sonra
götürürük. 



Qeyd
edək ki, bu plovu kiçik, bir nəfərlik qablarda da, bişirə bilərsiniz.
Elə aşpazımız Cəfər usta kimi. Cəfər usta plovu restoranda hazırladığı
üçün plovun içinə gedəcək ərzaqlar əvvəlcədən hazırlanıb soyuducuda
saxlanılır ki, müştəri istəyən kimi tez bişirib, təqdim
etsinlər. Süfrəyə verilən plov üstdən kəsilir və qaşıqla götürülür. 




 

 

 

 

 

  Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!