Pastel de çoklo resepti - FOTO RESEPT

Pastel de çoklo resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 22
Çilidə konqrio və sibasla yanaşı, daha bir ənənəvi xörək var - Pastel de
choclo (Pastel de çoklo). Ümumiyyətlə, ispanca "pastel" piroqdur, duzlu
və ya şirin. Amma bu variantda piroqdan əsər-əlamət yoxdur, tipik
zapekankadır. Çilidə piroqdan ancaq adı qalıb, əvəzinə belə qəşəng və
orijinal xörək yaranıb. Özü də onu saxsı küpələrdə bişirəndə daha dadlı
olur.



Tərkibi:

6 ədəd təzə qarğıdalı

250 q yağsız qiymə

3 ortaboy toyuq budu

4 yumurta

1 st. süd

1 iri baş soğan

1 ç.q. paprika

1 x.q. kişmiş

10 ədəd qara zeytun

1 ç.q. zirə (üyüdülmüş)

1 ç.q. oreqano qurusu

duz

istiot

bir neçə reyhan yarpağı

2 x.q. şəkər tozu

[/center]



Hazırlanması:

Qarğıdalını
yarpağı və saçaqlarından təmizləyin. Sürtgəcin iri gözündən keçirin.
Yaxud da iti bıçaqla cecəsindən ayırıb blenderdə xırdalayın.

[center]




1
ç.q. duz və xırda doğranmış reyhan yarpaqları əlavə edin. Yaxşıca
qarışdırın. Süd əlavə edin. Əgər qarğıdalının suyu çox çıxıbsa, o zaman 1
stəkan əvəzinə yarım stəkan süd götürün. Bir kənara qoyun.



Yumurtaları suda bişirin.



Soğanı
xırda doğrayın, bitki yağında yumşalınca qovurun. Xırda doğranmış
sarımsaq, qırmızı istiot (paprika), zirə, oreqano əlavə edib qarışdırın,
gözlətmədən qiyməni əlavə edin, qovurun.

[/center]



Qarğıdalı-süd qarışığını ocağın üstünə qoyun, qaynara düşəndən sonra 15 dəqiqə daim qarışdıraraq bişirin.

[center]




Bişmiş krem qatılığına gəlməlidir.

[/center]



Qarışdırarkən qazanın dibində qaşıqdan iz qalar və rəngi saralarsa, krem hazırdır.

[center]




Toyuq budlarını tavada qızardın. Hər yanı qızarsın, tam bişməsin.

[/center]



Hazır
qiyməni formanın (yaxud saxsı küpənin) dibinə yayın. Üstünə
bir-birindən aralı toyuq ətini düzün. Aralarına dörd bölünmüş (yaxud
fal-fal doğranmış) bişmiş yumurtaları və zeytun düzün. Üstünə kişmiş
tökün.



Qarğıdalıdan hazırladığınız kremi üstünə qoyun (üstünü tam örtsün).

[center]




Üstünə şəkər tozu səpin.

[/center]



200 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Üstü yaxşıca qızarmalıdır.

[center]




Azca soyudub süfrəyə verin. Kahı yarpağı və tərəvəzlə də dadlı olur.

[center][/center]



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!