Biqos resepti - FOTO RESEPT

Biqos resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 26
Tərkibi:

1 kq duzlu kələm

500 q təzə kələm

1 iri baş soğan

1 kq hisə verilmiş ət - toyuq əti, kolbasa və s.

250 ml tomat şirəsi

duz

qara istiot

[/center]



Hazırlanması:

Duzlu kələmi soyuq su ilə yuyun, süzün.

[center]




Soğanı doğrayın.

[/center]



Hisə verilmiş əti doğrayın.

[center]




Tavada quyruğu, yaxud yağı (bitki yağı da olar) əridin. Soğanı orta itilikli odda daim qarışdıraraq təxminən 5 dəqiqə qovurun.

[/center]



Bunu qazana yığın. Tavaya hisə verilmiş əti yığıb qarışdıraraq 5 dəqiqə qovurun.

[center]




Qazana, soğanın üstünə əlavə edin, duzlu və təzə kələmi, tomat şirəsini də töküb qarışdırın.

[/center]



Vam odda kələm yumşalanadək, təxminən 20-30 dəqiqə bişirin. Duz və istiotunu zövqünüzə görə vurun.

[center]




P.S.
Əslində, bu, biqosun tezləşdirilmiş variantıdır. Əslində onu 3 günə
hazırlayırlar, ərzaqları tavada qovurandan sonra bir gecə soyuducuda
saxlamaq lazımdır. Özü də hər gün çıxarıb yenidən qovurub, soyuducuya
qoyurlar.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!