Paratha resepti

Paratha resepti
Yeməklər
10.09.2017 5
Tərkibi:

230 q un (+ bir qədər də yaymaq üçün)

40 ml bitki yağı

100 ml isti su

1 çimdik duz

2-3 (330 q) bişmiş kartof

2 x.q. xırda doğranmış göy soğan

hərəsindən 1 x.q. xırda doğranmış cəfəri və keşniş

duz

istiot

bitki yağı (bişirmək üçün)

xama (yanında süfrəyə vermək üçün)



Hazırlanması:

Un, bitki yağı, isti su, duzdan yumşaq xəmir yoğurun. Kündələyib soyuducuya qoyun. 1 saat saxlayın.

Kartofu suda bişirin, püre halına salın, göyərti və soğanı, duz-istiot vurub yaxşıca qarışdırın.

Xəmirlə içi 5 bərabər hissəyə bölün.

Bir
kündəni azca yayın. Ortasına iç qoyun, sonra xəmirin kənarlarını ortaya
gətirib bitişdirin, içində hava qalmasın. Harasındasa hava qalarsa,
deşib çıxarın.

Sonra "tikişli" tərəfini alta çevirin, nazik yayın (yenə də hava qabarcığı qalarsa, deşin).

Qızmar
quru tavaya qoyub iti odda 1 dəqiqə bişirin. Çevirin, üzünə bitki yağı
çəkin, 1 dəqiqə sonra yenidən çevirin. Bu tərəfinə də bitki yağı çəkib 1
dəqiqə sonra yenə çevirin, daha bir dəqiqə bişirin.

Qalan xəmirlə içi də eyni qaydada hazırlayın.



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!