Minestrone resepti - FOTO RESEPT

Minestrone resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 22
Tərkibi:

450 qr konservləşdirilmiş ağ lobya

150 qr (və ya 7 zolaq) bekon (donuz basdırması)

2 ədəd orta ölçülü kartof

3-4 ədəd kərəviz saplağı

1 ədəd iri baş soğan

1 ədəd acı bibər

1 ədəd qırmızı şirin bibər

1 ədəd yunan qabağı (kabaçok)

125 qr qabıqlı lobya

250 ml yaşıl noxud (təzə və ya dondurulmuş)

2 ədəd iri pomidor

800 ml tomat şirəsi və ya konservləşdirilmiş qabıqsız pomidor

2 diş sarımsaq

12 ədəd təzə reyhan yarpağı

60 ml zeytun yağı

duz

təzə əzilmiş qara istiot

parmesan pendiri (və ya İsveçrə pendiri)



Hazırlanması:

Minestrone
italya mətbəxində pizza kimi tez-tez hazırlan ənənəvi yeməkdir. Mövsümi
tərəvəzlərdən ibarət olan minestronenin tərkibində həmçinin makaron və
ya düyü olur. Bundan əlavə bu şorba həm veqetarian üsulunda həm də
tərkibində ət olmaqla hazırlana bilər. Olduqca dadlı və faydalı
şorbadır.



1. İnqredientlər.

2. Bütün tərəvəzlər xırda kubik şəklində doğranılır. Acı bibər tumlarından təmizlənir və həmçinin xırda doğranılır.

3. Tərəvəzlər iki qarışıq kütlələrə bölünür. Birinci qarışıq: soğan, kərəviz, acı bibər.

4. İkinci qarışıq: kartof, şirin bibər, yaşıl noxud, qabıqlı lobya, yunan qabığı.

5. Bekon doğranılır.

6.
Qazanda zeytun yağı isidilir və bekon əlavə edilir. Bir neçə dəqiqə
orta odda qızardılır, diqqət yetirin ki bekon sadəcə yağlarını əritsin,
tam qızarmasın. Zövqə görə bu şorbanı ətsiz də bişirmək olar, lakin
bekonla daha dadlı alınır.

7. Birinci qarışıq qazana əlavə edilir və üzərinə sarımsaq əzilir. Az odda 10 dəqiqə pörtlədilir.

8. Bu arada pomidorlar təmizlənir. Xaç şəklində kəsiklər edilib qaynar suya əlavə edərək 3 dəqiqə saxlanılır.

9. Sonda sudan çıxarıb qabığı təmizlənir.

10. Tam əzmə şəklində olana qədər pomidorlar blenderdən keçirilir.

11. Pomidorlar qazana əlavə edilərək 5 dəqiqə bişirilir.

12.
Konservləşdirilmiş pomidordan istifadə edirsinizsə, onları blenderdən
keçirin. Lakin, əgər siz tomat şirəsindən istifadə edirsiniz, o zaman bu
etapı buraxa bilərsiniz.

13. Tomat şirəsi qazana əlavə edilir və 5 dəqiqə daha az odda bişirilir.

14. Qazana ikinci qarışıq əlavə edilir. Daha 5 dəqiqə bişirilir.

15. Lobya əlavə edilir və daha 5 dəqiqə bişirilir.

16.
Qaynar su ilə qazan doldurulur. Duz və istiot əlavə edilir. Daha 10
dəqiqə bişirilir. Şorba bir qədər qaynamalıdır. Altı söndürülür. Nəhayət
şorba hazırdır! Əsil reseptdə, sonda şorbaya xırda doğranmış spaqetti
əlavə edilir, biz əlavə etmədik.

17. Reyhan yarpaqları xırda doğranılır.

18. Süfrəyə verərkən üzərinə doğranmış reyhan və parmesan pendiri əlavə edilir.









































































Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!