Kiftəli düyü şorbası resepti

Kiftəli düyü şorbası resepti
Yeməklər
10.09.2017 53
Tərkibi:

Qiymə,

Soğan 1 ədəd,

Yumurta 1 ədəd,

Kartof 1 ədəd,

Kök 1 ədəd,

Bibər 1 ədəd,

Pomidor 1 ədəd,

Sarımsaq 3 diş,

duz,

Zirə,

İstiot,

Düyü,

Dəfnə yarpağı,

Zeytun yağı.



Hazırlanması:

Kartof, kök və bibər yuyub xırda kubik şəklində doğrayın.

Pomidoru yuyub halqa şəklində doğrayın.

Sarımsağı əzin.

Soğanı ət çəkən maşında çəkin.

Farşı bir kasada çəkilmiş soğan, duz, istiot, zirə və yumurtanın ağı qatılmaqla yaxşıca yoğurun.

Qazanın içində əvvəlcə yağ-soğanla birgə küftələri bir az qızardın.

Sonra üstünə pomidor əlavə edin.

1-2 dəqiqədən sonra isə əzilmiş sarımsaq, doğranmış kartof, kök və bibəri əlavə edin.

Qazanın içinə su əlavə edib bişirin.

Şorbanın içinə dəfnə yarpağı atın.

Tərəvəzlər yarıbişmiş olanda yuyulmuş düyünü əlavə edin və düyü bişənə qədər şorbanı qaynadın.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!