Pendirli brokkoli şorbası resepti

Pendirli brokkoli şorbası resepti
Yeməklər
10.09.2017 21
Tərkibi:

300 q brokkoli

1 x.q. kərə yağı

1 dolu x.q. un

1 st. süd

2 st. su

2 x.q. sürtgəcdən keçirilmiş holland pendiri

duz, istiot, pul bibər



Hazırlanması:

Buxarlı
qazanda çiçəklərinə ayırdığınız brokkolini 5 dəqiqə bişirin. Sonra
blenderə yığın. Bişdiyi sudan 0,5 st. da üzərinə töküb blenderdən
keçirin.



Kərə
yağını qazanda qızdırın, un əlavə edin, unun rəngi dəyişəndə daim
qarışdıraraq süd və su əlavə edin. Brokkoli püresini, duz və istiotu
əlavə edin. 1-2 buğum qaynadıqdan sonra ocaqdan götürün. Boşqablara
çəkin. Üzərinə sürtgəcdən keçirilmiş holland pendiri səpin. Suda bişmiş
brokkoli və pulbibərlə bəzəyin.



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!