Klassik yunan musakası resepti - FOTO RESEPT

Klassik yunan musakası resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 2
Tərkibi: 

0,5 kartof

1 ədəd böyük badımcan

400 qr farş (çəkilmiş ət)2-3 ədəd orta boy soğan

2-3 ədəd böyük pomidor

1-2 diş sarımsaq

0,5 st bitki yağı

1 çimdi rozmarin

1 çimdik timyan

Duz, istiot


 

Sous üçün:

1 ədəd yumurta

1-2 x/q un

1 st süd

150-200 qr 20% xama

1 x/q kərə yağı

Muskat qozu


 

Hazırlanması:

Kartofları
yuyub qabığını soymadan bişiririk. Ancaq çox bişirmirik.

Kartoflar
bişənə qədər badımcanları yuyub nazık dilimlərə doğrayırıq. Qızdırılmış bitki
yağında hər tərəfini 4-5 dəqiqə olmaqla qızardırıq. Bir nimçəyə yığırıq.

Soğan və
sarımsağı kub şəklində doğrayıb badımcanları qızartdığımız tavaya tökürük və 5
dəqiqə qovururuq. 

Kartoflar
bişib soyuyandan sonra qabığını təmizləyirik. Kartof və pomidorları da nazık
dairələr şəklində doğrayırıq. Qəlyanaltını bişirəcəyimiz nimçəyə əvvəlcə  doğradığımız kartofun yarısını, üzərindən çəkilmiş
əti, sonra qalan kartofu, qızardılmış badımcanı və  pomidoru düzürük.

Tavada kərə
yağını qızdırırıq. Unu təxminən 2-3 dəqiqə qızılı rəng alana qədər qovururuq.
Diqqətli olmaq lazımdır ki, un topa topa olmasın. Ayrı bir qabda südü qaynara
düşənə qədər qızdırıb qovurduğumuz unun üzərinə qarışdırmağı kəsməmək şərti ilə
əlavə edirik. 1-2 dəqiqə qarışdırıb ocaqdan götürürük. Xama və yumurta əlavə
edirik. Alınmış sousa muskat cevizi, duz və istiot əlavə edirik.

Musakanın
üzərindən sousu gəzdirib 180-200 C dərəcədə 30-40 dəqiqə bişiririk.



















Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!