Göbələk və pendirlə ravioli resepti - FOTO RESEPT

Göbələk və pendirlə ravioli resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 15
Tərkibi (4 pay): 

250 q un

2 yumurta

50 ml duru yağ

1 ç.q. duz

1 ç.q sarıkök (rəng üçün)

 

iç:

200 q göbələk

100 q soğan

60 q pendir

1 yumurtanın ağı



Hazırlanması: 


Xəmir: un, duz, sarıkökü qarışdırın, ortasında çala
açın, 2 yumurta, yağ əlavə edib, unu kənarlardan ortaya eləməklə xəmir
yoğurun. Elastik xəmir alınanadək yoğurun. Əgər ələ çox yapışarsa, un,
əgər bərk olarsa, yağ əlavə edin. 

Xəmiri 2 yerə bölün. Qida plyonkasına büküb soyuducuya qoyun. 

İçi hazırlayın: göbələklə soğanı qovurun. Pendiri doğrayın. Hamısını blenderdə xırdalayın. 

Masanın üzərinə un səpib xəmiri çox nazik yayın.
Xəmiri uzunasına ortadan qatlayın, orta xəttini azca basıb bəlirləyin,
yenidən açın (bir hissəsinə iç qoyulub, digəri üzərinə qapanacaq). 

Yumurtanın ağını sarısından ayırın. Xəmirin bir
hissəsinə içi paylaşdırın. Xəmirin açıq qalan yerlərinə yumurta ağı
çəkin. Xəmirin ikinci yarısını üzərinə örtün. Barmaqlarınızla basın.
Bıçaqla doğrayın. 

İkinci kündəni də eyni qayda ilə hazırlayın. 

Qaynayan duzlu suya salıb təxminən 6 dəqiqə bişirin. 

Üzəri üçün sous da hazırlaya bilərsiniz: kərə yağında
ispanağı qovurun, sarımsaq, sidr qozası (dolmalıq fıstıq) əlavə edib bir
qədər də qovurun, qaymaq əlavə edin, qaynara düşəndə götürün.
Raviolinin üzərinə qoyun. 




 

 

 

 

 

 

 

 

 Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!