Kartoflu vareniklər resepti

Kartoflu vareniklər resepti
Yeməklər
10.09.2017 57
Tərkibi:

Xəmiri üçün:


Un - 2 stəkan

Su (ilıq) – yarım stəkan

Yumurta - 1 ədəd

Xama – 1 çay qaşığı

Narın xörək duzu

İçlik üçün

Kartof – 3 ədəd böyük ölçülü

Böyük baş soğan - 1 ədəd

Sarımsaq - 2 diş

Narın xörək duzu

Qara istiot - zövqə görə

Dəfnə yarpağı - 1 ədəd

Zeytun yağı

Xama – 1 çay qaşığı

Süd – 2 xörək qaşığı

Bir az ya quru nanə, ya da ki, təzə nanə

Sarıkök – 2 çimdik



Hazırlanması:

Un,
yumurta, su, duz və xama qarışdırılıb xəmir yoğurulur. Xəmir əldən
ayrılana qədər yoğurmaq lazımdır. Xəmiri örtüb saxlayırıq və içliyi
hazırlayırıq. Kartofu yuyub, qabıqlarını soyub, kiçik kub formasında
doğrayıb bişməyə qoyuruq. Bir az qaynadıqdan sonra dəfnə yarpağını yuyub
qazana əlavə edirik. Sonra soğanı və sarımsağı xırda-xırda doğrayıb
əlavə edirik. Tam bişdikdən sonra dəfnə yarpağını götürürük, kartofu
kartof əzənlə əzirik, püre halına salırıq. Sonra südü, xamanı, duzu,
istiotu, nanəni, sarıkökü əlavə edirik, qoyuruq qaz sobasında 2 dəqiqə
qalır və götürürük. Sonra xəmiri yayırıq, stəkanla yumru dairələr
kəsirik. İçliyi xəmirə doldururuq və sanki kiçik şəkərburalar alınır,
xəmirlərin ağzını da, şəkərbura kimi bükürük. Və hazır varenik
xəmirlərini zeytun yağında peraşki kimi qızardırıq. Hazır olduqda isə
mayonez və ya xama ilə servis edə bilərsiniz. Mən məsələn, mayonez ilə
servis etdim. 

Qeyd
edim ki, xəmirə xamanı qatmaq onu daha yumşaq və dadlı edir, eyni
zamanda içliyə də əlavə etmək. Soğanı qovurmadan əlavə etmək isə daha
fərqli, "incə” dad qatır. 

Məsləhət görürəm, siz də, həftəsonu üçün bu dadlı vareniklərdən hazırlayıb evdəkiləri sevindirəsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!