Pendirli məcməyi börəyi resepti

Pendirli məcməyi börəyi resepti
Yeməklər
10.09.2017 42
Tərkibi:

6 ədəd yuxa



İçi üçün:

Pendir ( 2-3 növ pendir qarışdırıb istifadə edəndə çox ləzzətli olur)

Cəfəri



Börəyin sousu üçün;

Yarım su stəkanı kərə yağı

1 su stəkanı maye yağ

1 su stəkanı süd

1 yumurta

 

Hazırlanması:

Soba nimçəsi yağlanaraq üstünə 1 dənə yuxa açılır.

 

Hazırlanan sous yuxanın üzərinə sürülür. Bir yuxa parçalara ayrılaraq məcməyiyə sərilir.

Üzərinə bir neçə növ pendir və cəfəri ibarət olan daxili xərcdən
qoyulur. Pendirli qatlara sous tökmürük. Üzərində yuxa sərilərək
hazırlanan sous təkrar davam edilir. Bir qat daha yuxa sərilir. Pendirli
xərcdən səpilir. Üstünə bir qat yuxa sərilir. Hazırlanan sous sürülür.

Üstünə bir qat yuxa sərilir. Son pendirli qat üçün pendirlər səpilir
və üzərinə qalan yuxa sərilir. Məcməyinin kənarlarından sallanan yuxa
ilə örtülərək börək dilimlərə doğranır.

 

Hazırlanmasını hər mərtəbə üçün yazdığımdan qarışıq gələ bilər.
Xülasə, bir qat pendirli bir qat souslu olacaq şəkildə yuxa düzülür.

 

Qalan sosun hamısı börəyin üzərinə tökülür, hər yerinin islanması
təmin edilir. Börək ən az 2 saat olmaq üzrə bir neçə saat istirahət
etdirilir. Sonra 170-180 dərəcə əvvəlcədən isidilmiş sobada altı üstü
qızarana qədər bişirilir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!