Lobya kotleti resepti

Lobya kotleti resepti
Yeməklər
10.09.2017 6
Tərkibi (4 pay): 

250 q ağ bişmiş lobya

hisə verilmiş kolbasa (zövqə görə)

0,5 soğan 

1/4 bolqar bibəri 

1 sm zəncəfil kökü

2-3 x.q. xama

ədviyyat, duz

1 st. un 

1 x.q. karri 

1 x.q. şirin paprika

4 x.q. bitki yağı



Hazırlanması:

Lobyanı əvvəlcədən isladıb sonra bişirin. Püre halına salın. 

Soğanı,
zəncəfili, bibəri, kolbasanı xırda doğrayın. Lobya ilə qarışdırın. Çox
quru alınarsa, bir qədər xama əlavə edin (2-3 qaşıq). 

Un,
karri və şirin paprikanı qarışdırın. Bunun 2 qaşığını lobyaya əlavə
edib qarışdırın. Duz, ədviyyat (məsələn, çili, cəfəri, reyhan qurusu,
xardal, sarımsaq, sarıkök) vurun. 

İri kotletlər tutub unla karri qarışığına batırın, yastılayın. Bitki yağında hər iki üzünü qızardın. 

Süfrəyə lavaş və tərəvəzlə (pomidor-xiyar) verə bilərsiniz.



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!