Kartof içində jülyen resepti - FOTO RESEPT

Kartof içində jülyen resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 32
Tərkibi: 

kartof

400 q göbələk

70 q kərə yağı

1 baş soğan

250 ml qaymaq, yaxud xama

200 q holland pendiri

 

Hazırlanması:

İri, uzunsov kartofları tərtəmiz yuyun. Qabığını soymayın, amma xarab yeri varsa, bıçaqla kəsib çıxarın. 



Ortadan uzunasına iki bölün. Aşağısını bıçaqla nazik kəsib hamarlayın ki, formaya düzəndə aşmasın. 



Çay qaşığı ilə kartofların içini qaşıyıb çıxarın. Dibi
ən azı 5-7 mm qalınlıqda olsun (içindən çıxardığınızı atmayın, başqa
bir yeməkdə istifadə edin). 



Hazır kartofları soyuq suya qoyun ki, qaralmasın. 



Sobanı 180-200 dərəcə qızdırın. 

 

Jülyen:

Tavada 50-70 q kərə yağını əridin, xırda doğranmış göbələyi əlavə edib qovurun. 



Qarışdırın, göbələk süyunu buraxandan sonra daha 2
dəqiqə qapağı örtülü vəziyyətdə bişirin və xırda doğranmış soğan əlavə
edin. Qarışdıraraq 5-7 dəqiqə bişirin, yarım xörək qaşığı un əlavə edib
yenidən yaxşıca qarışdırın. 



250 ml qaymaq, yaxud 250 ml xama əlavə edib
qarışdırın. Qaymaq (yaxud xama) qatılaşanadək, təxminən 3-4 dəqiqə
bişirin.  Ocaqdan götürün. 

Sinini yağlayın. Kartofları sudan çıxarıb suyunu
süzün. Lap az duz və istiot vurun, içinə azacıq kərə yağı qoyun, sonra
qaşıqla jülyendən götürüb kartofların içini doldurun. 

Sobanın orta gözündə 15 dəqiqə bişirin. Çıxarıb üzərinə sürtgəcdən keçirilmiş holland  pendiri səpin. 



Yenidən sobaya qaytarıb 15-20 dəqiqə bişirin.  Üzəri qızarıb qazmaq kimi olacaq. 





















Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!