Sumaqlı, narlı kartof şorbası resepti

Sumaqlı, narlı kartof şorbası resepti
Yeməklər
10.09.2017 14
Tərkibi:

1 ədəd soğan

2 diş sarımsaq

1 ədəd bibər

1 çay qaşığı sumaq

2 xörək qaşığı kokos yağı

2 xörək qaşığı su

400 qram şirin kartof

4 ədəd xırda pomidor

 5 stəkan tərəvəz suyu

1.5 xörək qaşığı narşərab

 

Üzərini bəzəmək üçün:

25 qram duzlu fıstıq

Yarım nar

Keşniş

1 ədəd yaşıl limon



Hazırlanması:

Kokos
yağını tavaya tökün. Doğranmış soğan ilə bibəri, əzilmiş sarımsağı və
sumağı 2 xörək qaşığı su ilə birlikdə tavaya əlavə edin. Soğanlar
qırmızımtraq rəng alana kimi qarışdırın. Daha sonra iri doğranmış şirin
kartofu, pomidoru və tərəvəz suyunu da əlavə edib qarışdırın.
Qaynadıqdan sonra tərəvəzlər yumşalana qədər, təxminən, 20 dəqiqə
bişirin.

 

Yeməyi
ocaqdan götürüb içərisinə narşərabı əlavə edin. Şorbanı blendrın
köməkliyi ilə qarışdırın. Süfrəyə verməzdən öncə üzərini fıstıq və nar
dənələri ilə bəzəyin. İstəsəniz, yanında təzə keşniş və yaşıl limon
dilimləri də verə bilərsiniz.

 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!